ZekaLab 'ASAN AI Hub' və 'ASAN müraciət' Süni İntellekt Çağırışında 1-ci Yeri Qazandı
Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ASAN müraciət” informasiya sistemi çərçivəsində təqdim olunan 20 layihə arasından 'Vizual məzmunun intellektual analizi və uyğunluğunun avtomatik yoxlanılması' üzrə hazırladığımız həll 1-ci yerə layiq görüldü.
Nailiyyətin Əsas Göstəriciləri
Azərbaycanın açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ASAN müraciət” informasiya sistemi arasında elan edilmiş süni intellekt həlli üzrə çağırışın yekun nəticələri açıqlanıb. Təqdim olunan 20 innovativ layihə arasından 'Zeka Lab' komandası hazırladığı həll ilə 1-ci yerin qalibi seçilib.
Komandamız — Ceyran MirQasım və Bibixanım Babayeva — 'ASAN müraciət' sisteminə daxil olan foto və vizual məlumatların süni intellekt əsasında avtomatik yoxlanılması, anomaliyaların aşkar edilməsi və vətəndaş müraciətlərinin daha operativ emalı üçün xüsusi neyron şəbəkə arxitekturası hazırlamışdır.
İlkin qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərən 4 komanda final mərhələsinə vəsiqə qazanmış, yekun mərhələdə isə ZekaLab komandası 1-ci yerə layiq görülərək 5000 AZN məbləğində mükafatla təltif olunmuşdur.